Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
 
     

  

 


Bakıda qadınlara qarşı zorakılıq əleyhinə aksiya keçirilib

07/12/2013
 

7 dekabr, 2013-cü il tarixində Bakı şəhərinin mərkəzi küçələrində “Qadınlara qarşı zorakılığa yox” adlı aksiya-yürüş keçirilib. Yürüş Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin təşəbbüsü ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Məişət zorakılığı barədə ictimai məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində həyata keçirilib. Yürüş iştirakçıları məişət zorakılığı barədə təlimlərin iştirakçıları olmuş benefisiarlar – 48 nömrəli Füzuli rayon tam orta məktəbi və 18 nömrəli Kəlbəcər rayon tam orta məktəbin yuxarı siniflərindən olan könüllülər və layihə işçilərindən ibarət olub. Yürüşdə məqsəd üzərində “Qadınlara qarşı zorakılığa yox”  yazılmış qolsuz gödəkçələri geyərək şəhərin əhali sıx olan küçələrində addımlayaraq həm bu məsələyə cəmiyyətin diqqətini yönəltmək, həm də məişət zorakılığı ilə bağlı maarifləndirici bukletlər paylamaq idi. Yürüşə qatılan 20 dən artıq iştirakçı 800 dək buklet paylayıb.. ardı

 

Azərbaycanda məişət zorakılığına qarşı geniş kampaniya başlayıb

14/06/2012

Layihə çərçivəsində çalışan hüquqşünaslar məişət zorakılığı ilə bağlı bir neçə məhkəmə çəkişmələri başlayıb.
 
Bu günlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi yerli tərəfdaş qurumları - Regional Gender Təşəbbüsləri, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Gender və İnkişaf Şəbəkəsi və beynəlxaq tərəfdaş olan Qadın Məsələləri üzrə Araşdırma və Siyasət Fondu (Bolqarıstan) ilə birlikdə “Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası” layihəsinin təqdimatını keçirib. Təşkilatın ofisində keçirilən tədbirə media təmsilçiləri, tərəfdaş təşkilatın nümayəndələri, layihə iştirakçıları və digər şəxslər qatılıb.
ardı

 

Yeni QHT şəbəkəsi təsis edildi

26/11/2010
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 26 noyabr, 2010-cu il tarixində Azərbaycan İnsan Hüquqları Evində (Cəfər Cabbarlı 30) Azərbaycanın rayonlarında gender və qadın haqları sahəsində fəaliyyət göstərən QHT-lərin iştirakı ilə Konfrans/dəyirmi masa keçirdi. Konfransın keçirilməsində məqsəd bu QHT lərin şəbəkəsini yaratmaq məqsədilə bu təşkilatları ehtiyaclarının bir daha müəyyənləşdirilməsi və yaradılacaq şəbəkənin Azərbaycanda gender bərabərliyinin bərqarar olması və qadın haqlarının qorunması istiqamətində görə biləcəyi işlərin müzakirə vasitəsilə aydınlaşdırılması idi. Tədbirdə 30 rayon təşkilatından 36 nümayəndə iştirak edirdi. ardı


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) həyata keçirdiyi layihələrlə bağlı təqdimat hazırlayib.

Tanış olmaq üçün zəhmət olmasa, yükləyin


 

 

Mobil telefona v? ya kompüter? qurasdirila bil?n rahat proqram tez bir zamanda pul qazana bil?c?yiniz idman t?dbirl?rinin genis spektrini t?qdim edir. Mostbet bukmeker kontoru proqramin t?kc? Android v? iOS sisteml?rind? deyil, h?m d? kompüter v? noutbuklarda qurasdirilmasi üçün sad? t?limatlar t?klif edir.

Kim? mostbet yukle (IOS), sad?c? t?tbiqin r?smi saytina daxil olmaq lazimdir v? cihaz üçün riskl?r olmadan onu qurasdirmaq t?hlük?sizdir. Proqramin ç?kisi kiçikdir v? çox yaddas tutmayacaq. Ani qeydiyyatdan sonra siz m?rcl?r üzr? uduslarinizi asanliqla reallasdira bil?rsiniz.

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirib

02/07/2010
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində saat 10:00-dan 13:00-a qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının, yerli və beynəlxalq QHT-nin, beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak etmişdir. ardı


GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədova Azadlıq Radiosunun "İşdən sonra" verilişinin qonağı olub

08/03/2010
«Kişilərin maarifləndirilməsinə ehtiyac var». Gender bərabərliyi və qadın təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova belə hesab edir. Martın 8-i «İşdən sonra»da Azərbaycanda qərar qəbul edilməsi prosesində qadınların iştirakı mövzusu müzakirə olunub. Ülviyyə Məmmədova deyir ki, ailədə məsuliyyət bölüşdürülməlidir:
- Biz Azərbaycanda qadınlar arasında sorğu keçirdik. Məlum oldu ki, onlar işləməyin tərəfdarıdırlar. Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Məsuliyyətlərin bölüşdürülməsi olmalıdır. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin. Yalnız qadınlarla effektiv iş görmək olmur. Mentalitetə qayıtsaq, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi doğru deyil. ardı
dinlə &
yüklə

 

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsinini icra edib

 22/02/2010
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi PRAXİS Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşlığı və Equitas Beynəlxalq İnsan Hüquqları Təhsili Mərkəzinin dəstəyi ilə “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsini həyata keçirir. Layihə çərçivəsində məcburi köçkün qadınlarla işləyən təlimçilərin bilik və bacarıqlarının artırılması, yeni təcrübələrin öyrədilməsi və fikir mübadiləsinin aparılmsı məqsədilə 4 günlük təlim nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan təlim 13,14 və 20,21 fevral 2010-cu il tarixlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin ofisində keçirilmiş və təlimdə ölkənin müxtəlif yerlərindən məcburi köçkün qadınlarla işləyən 10 təcrübəli təlimçi iştirak etmişdir. ardı & fotolar



GBQT IB Neftçala, Lənkəran və Kürdəmir rayonlarında uğur qazanmış qadın iş adamı ilə yerli qadınların görüşünü təşkil edib

18/12/2009
18-19-26 dekabr 2009-cu il tarixlərində Neftçala, Lənkəran və Kürdəmir rayonlarında region qadınlarının maarifləndirilməsi məqsədilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin fəaliyyətinin davamı olaraq uğur qazanmış qadın iş adamı ilə görüş mövzusu üzrə nəzərdə tutulan ikinci görüşlər baş tutmuşdur. Ağamirzəyevə Fatimət xalçaçılıq üzrə tanınmış iş adamıdır. O, qadınlara fəaliyyətlərindən, qarşılaşdığı maneələrdən, həmin maneələrin aradan qaldırılması yollarından və qazandığı uğurlardan söhbət açmış, qadınları stimullaşdırmış və onların yüksək marağına səbəb olmuşdur. ardı & fotolar

 

GBQT IB regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə görüşlər təşkil edib

 12/11/2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun təşkilata ayırdığı 15488 saylı institutsional dəstək layihəsi çərçivəsində regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə 4 mövzu üzrə ekspertlərlə birgə görüşlər keçirməyi nəzərdə tutmuşdur. Bu mövzular aşağıdakılardan ibarətdir: 1. Məişət zorakılğı və onu yaradan əsas səbəblər; 2.Uğur qazanmış qadın iş adamı ilə görüş; 3.Gender bərabərliyi və qadın hüquqlarının əsasları, sərəncamlar, qanunlar və konvensiyalar; 4.Liderliyin formalaşmasında psixoloji amillər. ardı & fotolar Lənkəran, Kürdəmir, Neftçala



GBQT IB 2008-ci ildə icra etdiyi layihələrinin nəticələri ilə bağlı konfrans keçirib

 30/07/2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 30 iyun 2009-cu il tarixində saat 10:00 dan 13:00 qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2008-ci il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının yerli və beynəlxalq QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri dəvət olunmuşdur.
Konfransı giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova təşkilatın 2008-ci il üzrə fəaliyyətinin yekunlarını və təşkilatın əldə etdiyi ən mühüm nailiyyətləri haqqında, həmçinin Məişət Zorakılığı haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı və digər mühüm məsələlərlə bağlı təşkilatın gördüyü işlər barədə məlumat vermişdir. ardı & fotolar

 

GBQT IB  “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsini müzakirəyə çıxarıb

08/05/2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəiyilə 8 may, 2009-cu il, saat 11:00 – 12:30 –da Caspian Plazanın Konfrans Zalında Dəyirmi Masa keçirmişdir. Dəyirmi Masanın mövzusu “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsi ətrafında müzakirələr idi. ardı & fotolar
 


GBQT IB “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirib

19/12/2008 
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB Kaspian Plaza Mətbuat zalında “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masanın gündəliyinə GBQT İB haqda qısa təqdimat, İnkişaf üzrə Əməkdaşlıq və Gender Layihəsinin və İctimai Vəkillik Kağızının təqdimatı, Avropa Qonşuluq Siyasətində və Şərqi Əməkdaşlıq Layihəsində prioritetlər və gender məsələsi, Avropa Şurasının gender bərabərliyi barədə tövsiyələrinin vətəndaş cəmiyyəti tərəfindən tətbiqinin monitorinqi və. sair məsələlər daxil edilərək müzakirə olunub. ardı & fotolar

VIDEO
    2 Iyul, 2010. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB 2009-cu ildə icra etdiyi layihələrin nəticələri ilə bağlı mətbuat konfransı keçirdi Kanal13.TV-də
 

30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də



30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti



8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi

Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

Gender Meynstriminqi:    Vətəndaş Cəmiyyətinin Rolu. Milli Gender Mexanizminin Monito-  rinqinin Nəticələri Haq-qında HESABAT

 

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB  (GBQT İB) EQUİTAS İnsan Hüquqları Üzrə Beynəlxalq Təhsil Mər- kəzinin maliyyə dəstəyi ilə "Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün 4 günlük Təlim" keçirmiş və TƏLİM MODULU  hazırlamışdır.

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2009-cu ildə tanıtım BUKLETİNİ nəşr edib


Gender Bərabərli-yi və Qadın Təşəb-büsləri İB 2010 -cu ildə fəaliyyətləri haqqında BUKLET nəşr edib.

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

- Rüblük Bülleten (4)
 (Aprel, May,
Iyun 2010)

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA
- “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 
 
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt tərəfindən yaradılıb.