Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

 

Press-Release

19/12/2008

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) “Avropa Komissiyasının Azərbaycanla İnkişaf  üzrə Əməkdaşlığında Gender Bərabərliyi qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə GBQT İB haqqında təqdimat və Birliyində üzv olduğu Beynəlxalq Gender Siyasəti Şəbəkəsinin (BGSŞ) həyata keçirdiyi “İnkişaf üzrə əməkdaşlıq və Gender” layihəsi çərçivəsində “İctimai Vəkillik Kağızının” təqdimatı və onun ətrafında müzakirələr aparılib.

“İnkişaf üzrə əməkdaşlıq və Gender” layihəsi çərçivəsində  Avropa Komissiyasının İnkişaf üzrə Əməkdaşlığında Avropa Komissiyasını hər bir tərəfdaş üzrə hazırladığı Ölkə üzrə Startegiya Sənədi və gender bərabərliyi və qadın hüquqlarının nə dərəcədə əhatə olunduğu təhlil edilmiş və bunnu əsasında Avropa Birliyinə, Milli Dövlət Qurumlarına və vətəndaş cəmiyyəti təşkilatlarına tövsiyələr hazırlnamışdır. Layihənin həyata keçirilməsində və tövsiyələrin təqdim olunmasında məqsəd Ölkə üzrə Strategiya Sənədinə 2009-cu ildə ediləcək baxış zamanı gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin daha geniş və ciddi şəkildə əks olunmasına nail olmaqdır.

Dəyirmi masaya Avropa Komissiyasının, Dövlət Strukturlarının o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, Ombudsman aparatının nümayəndələri, Milli Məclisin İnsan Hüquqları bölməsi, beynəlxalq təşkilatların, o cümlədən səfirliklərin, həmçinin yerli QHT və KİV nümayəndələri dəvət olumuşdur. Dəvət olunmuş qonaqlara BGSŞ tərəfindən hazırlanmış “İctimai Vəkillik Kağızı” əvvəlcədən dəvətnamə ilə birlikdə göndərilmişdir. Tədbirin açılışında GBQT İB-nin icraçı direktoru Ülviyyə Məmmədova çıxış edərək Birlik haqqınd aqısa məlumat vermiş və yuxarıda adı çəkilən “ictimai Vəkillik kağızını” təqdim etmişdir. Dəyirmi masada Avrointeqrasiya Komitəsinin sədri Mehriban Vəzir Avropa Qonşuluq Siyasətində və Şərqi Əməkdaşlıq Layihəsində prioritetlər və gender məsələsi mövzusunda və Avropa Şurasının qadın və kişilər arasında bərabərlik üzrə rəhbər komitəsinin sədri və eyni zamanda GBQT İB-nin İdarə heyətin üzvü Möminət xanım Avropa Şurasının gender bərabərliyi barədə tövsiyələrinin hökumət və vətəndaş cəmiyyəti tərəfindən tətbiqinin monitorinqi haqqında çıxış etmişdir. Çıxışlar suallar və mövzu üzrə müzakirələrlə davam etmişdir. Müzakirələrin sosnunda gender bərabərliyi istiqamətində daha effektiv işə nail olmaq üçün birgə fəaliyyət üçün təkliflər edilmişdir. 


GBQT İB Mətbuat Xidməti

Tel: 497-6568

Email:

 

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.
     
rss
Карта