Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

 

Press-Release

12/11/2009

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilata ayırdığı 15488 saylı institutsional dəstək layihəsi çərçivəsində regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə 4 mövzu üzrə ekspertlərlə birgə görüşlər keçirməyi nəzərdə tutmuşdur. Bu mövzular aşağıdakılardan ibarətdir: 1. Məişət zorakılğı və onu yaradan əsas səbəblər; 2.Uğur qazanmış qadın iş adamı ilə görüş; 3.Gender bərabərliyi və qadın hüquqlarının əsasları, sərəncamlar, qanunlar və konvensiyalar; 4.Liderliyin formalaşmasında psixoloji amillər.

Ölkənin 3 regionunda Neftçala, Lənkəran və Kürdəmir rayonlarında 12-13-17 noyabr 2009-cu il tarixlərində ilk mövzu olan məişət zorakılığı və onu yaradan əsas səbəblər mövzusu üzrə region qadınları ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin səlahiyyətli üzvləri Gülarə Əfəndiyeva və Nizami Heydərov həmçinin Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Zöhrab Həsənov ekspert kimi çıxış etmişlər.

Görüşlər zamanı qadınlarla müvafiq mövzu üzrə maraqlı debatlar aparılmış və region qadınlarının aktiv iştirakı nəzərə çarpmışdır. Həmçinin təşkilat tərəfindən müvafiq mövzuya uyğun hazırlanmış rüblük bülleten qadınlar arasında paylanılmış və qadınların yüksək marağına səbəb olmuşdur. Bülletendə məişət zorakılığı və onun başlıca səbəbləri, onun aradan qaldırılması yolları, milli və beynəlxalq qanunvericilik, həmçinin yerli və xarici xəbərlər və s. özünə yer almışdır.

Qeyd edək ki, Gender Bərabərliyi və Qaqdın Təşəbbüsləri İctimai Birliyi ötən il həyata keçirilən fəaliyyətlərində region qadınları ilə müxtəlif mövzularda təlimlər və konfranslar keçirmişdir.

Həyata keçirilən bu görüşlər isə region qadınlarıın özlərinin təklifi nəticəsində reallaşmışdır.
 


GBQT İB Mətbuat Xidməti

Tel: 497-6568

Email:

 

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.
     
rss
Карта