Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

 
Yeni QHT şəbəkəsi təsis edildi

26/11/2010

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 26 iyul, 2010-cu il tarixində Azərbaycan İnsan Hüquqları Evində (Cəfər Cabbarlı 30) Azərbaycanın rayonlarında gender və qadın haqları sahəsində fəaliyyət göstərən QHT-lərin iştirakı ilə Konfrans/dəyirmi masa keçirdi. Konfransın keçirilməsində məqsəd bu QHT lərin şəbəkəsini yaratmaq məqsədilə bu təşkilatları ehtiyaclarının bir daha müəyyənləşdirilməsi və yaradılacaq şəbəkənin Azərbaycanda gender bərabərliyinin bərqarar olması və qadın haqlarının qorunması istiqamətində görə biləcəyi işlərin müzakirə vasitəsilə aydınlaşdırılması idi. Tədbirdə 30 rayon təşkilatından 36 nümayəndə iştirak edirdi.

Tədbir Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-nin sədri Ülviyyə Məmmədova tərəfindən giriş sözü ilə başlandı və təşkilat nümayəndələrinin təşkilat və özləri haqda qısa təqdimatla davam etdi. Daha sonra rayon təşkilatları arasında şəbəkələşməyə olan ehtiyac və problemlər müzakirə olundu. Müzakirə zamanı bir daha təsdiq olundu ki, həqiqətən də belə bir şəbəkələşməyə ehtiyac vardır. Belə ki, tədbirin təşkilatçısı olan GBQT İB Regional qadın QHT şəbəkəsinin yaradılmasını təklif etdi və bu şəbəkə və üzvləri üçün nə dərəcədə dəstək verə biləcəyi barədə məlumat verdi. Beləliklə gender/qadın haqları sahəsində fəaliyyət göstərən təşkilatların şəbəkəsi təsis edildi və ilkin olaraq Regional Qadın QHT Şəbəkəsi adlandırıldı.

 

Tədbirdə iştirak etmiş rayon QHT nümayəndələri birbaşa olaraq təsis edilmiş Regional Qadın QHT Şəbəkəsinin üzvləri kimi qeydə alındılar. Şəbəkə üzvləri üçün GBQT İB tərəfindən təklif olunan müxtəlif mövzularda bacarıqların artırılması üzrə təlimlərdən başqa Şəbəkənin effektiv işi üçün ilkin fəaliyyət istiqamətləri təklif olundu. Şəbəkənin fəaliyyəti üçün növbəti addımlar  - adın, strukturun dəqiqləşdirilməsi və digər addımlar yaradılacaq elektron qrup vasitəsilə aparılması qərarı verildi.

 

Qeyd olunmalıdır ki, yenicə təsis edilmiş bu Şəbəkə Azərbaycanda gender və qadın hüquqları sahəsində yaradılmış ilk və hələ ki yeganə Şəbəkədir.

 

 

 GBQT İB Mətbuat Xidməti

Tel: 012 497-6568

Email:

 

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.
     
rss
Карта