Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB

  AZ   ENG   RU    


Azərbaycanda gender bərabərliyi uğrunda!
site search by freefind
     

  

 

  Bakıda qadınlara qarşı zorakılıq əleyhinə aksiya keçirilib

07/12/2013

7 dekabr, 2013-cü il tarixində Bakı şəhərinin mərkəzi küçələrində “Qadınlara qarşı zorakılığa yox” adlı aksiya-yürüş keçirilib. Yürüş Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin təşəbbüsü ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Məişət zorakılığı barədə ictimai məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində həyata keçirilib. Yürüş iştirakçıları məişət zorakılığı barədə təlimlərin iştirakçıları olmuş benefisiarlar – 48 nömrəli Füzuli rayon tam orta məktəbi və 18 nömrəli Kəlbəcər rayon tam orta məktəbin yuxarı siniflərindən olan könüllülər və layihə işçilərindən ibarət olub. Yürüşdə məqsəd üzərində “Qadınlara qarşı zorakılığa yox”  yazılmış qolsuz gödəkçələri geyərək şəhərin əhali sıx olan küçələrində addımlayaraq həm bu məsələyə cəmiyyətin diqqətini yönəltmək, həm də məişət zorakılığı ilə bağlı maarifləndirici bukletlər paylamaq idi. Yürüşə qatılan 20 dən artıq iştirakçı 800 dək buklet paylayıb.

 

   6 dekabr Monreal faciəsinə - 1989-cu ildə Kanadada 14 qadın tələbənin bir silahlı şəxs tərəfindən məqsədli şəkildə universitet otağında qətlə yetirildiyi tarix ərəfəsinə təsadüf edən bu yürüş həm də hər il 25 noyabr – 10 dekabr tarxiləri arasında keçirilən qadınlara qarşı zorakılıq əleyhinə 16 günlük kampaniyaya töhfə xarakteri daşıyır. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB tərəfindən icra edilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası” 2 illk bir layihədir. Layihə çərçivəsində 2011-2013-cü illər ərzində Bakı və 26 rayonda məişət zorakılığı mövzusunda onlarla təlim keçirilib, pulsuz hüquqi və psixoloji konsultasiyalar verilib.

Layihə müddətində məişət zorakılığı qurbanları üçün pulsuz qaynar xətt açılıb, sosial çarx çəkilərək regional televiziya kanallarında efirə verilib və telefon sorğusu aparılıb.

“Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İB Mətbuat Xidməti

Tel: 012 497-6568

Email: və ya

Site:  gewi-az.org 

 

VIDEO

    30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in apardığı monitorinin nəticələri XƏZƏR TV-də


30 Iyul, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-in fəaliyyəti barədə LİDER TV-nin süjeti


8 May, 2009. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB "Məişət zorakırlıği haqqında" Qanun layihə-si ətrafında dəyirmi masa keçirdi
Hesabatlar və Nəşrlər

 
Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Verilməsində Qadın və Kişilərin Balanslaş-dırılmış İştirakına Dair Avropa Şurasının Nazirlər Komitəsinin Tövsiyələrinin Rec 2003(3) Azərbaycan Respublikasında yerinə yetirilməsinin monitorinqinin nəticələri haqqında HESABAT
 

“Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Növ Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyanın Azər-baycanda həyata keçirilməsinin monitorinqi və alternativ HESABAT

 


Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB
2008-ci ildə tanıtım BUKLETİNİ nəşr edib

 

  Bülletenlər Qanunvericilik


 - Rüblük Bülleten (1)
 (İyul, Avqust, Sentyabr 2009)

 
 - Rüblük Bülleten (2)
 (Oktyabr, Noyabr, Dekabr
2009)

 - Rüblük Bülleten (3)
 (Yanvar, Fevral,
Mart 2010)

 

Gender Bərabərliyinin Təminatları Haqqında AR Qanunu

AR Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında
AR Nazirlər Kabinetinin Qərarı

“Gender (kişi və qadınların) Bərabərliyinin təminatları haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmani

AR-da Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında
AR Prezidentinin Fərmanı

ardı  

 


 

GBQT Mediada Tərəfdaşlar


GBQT İB haqqında internet və çap mediasında müntəzəm olaraq məlumatlar yayımlanır...

Azadlıq Radiosu - "İşdən sonra" verilişinin qonağı GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədovadır

Olaylar İA - “Məişət Zorakılığının Qarşısının Alınması”, Qanun layihəsini təkmilləşdirməyə ehtiyac var

Presspost qəzeti - “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında”

APA - "Bakıda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa keçirilib"


 



Açıq Cəmiyyət İnstitutu Yardım Fondu

 

 
 
  Bütün hüquqlar qorunur © 2009
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB.
Sayt CMedia Design Group tərəfindən yaradılıb.
     
rss
Карта