Bakıda qadınlara qarşı zorakılıq əleyhinə aksiya keçirilib
07/12/2013
  7 dekabr, 2013-cü il tarixində Bakı şəhərinin mərkəzi küçələrində “Qadınlara qarşı zorakılığa yox” adlı aksiya-yürüş keçirilib. Yürüş Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin təşəbbüsü ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Məişət zorakılığı barədə ictimai məlumatlandırma kampaniyası” layihəsi çərçivəsində həyata keçirilib. Yürüş iştirakçıları məişət zorakılığı barədə təlimlərin iştirakçıları olmuş benefisiarlar – 48 nömrəli Füzuli rayon tam orta məktəbi və 18 nömrəli Kəlbəcər rayon tam orta məktəbin yuxarı siniflərindən olan könüllülər və layihə işçilərindən ibarət olub. Yürüşdə məqsəd üzərində “Qadınlara qarşı zorakılığa yox” yazılmış qolsuz gödəkçələri geyərək şəhərin əhali sıx olan küçələrində addımlayaraq həm bu məsələyə cəmiyyətin diqqətini yönəltmək, həm də məişət zorakılığı ilə bağlı maarifləndirici bukletlər paylamaq idi. Yürüşə qatılan 20 dən artıq iştirakçı 800 dək buklet paylayıb.. ardı
Azərbaycanda məişət zorakılığına qarşı geniş kampaniya başlayıb
14/06/2012
Layihə çərçivəsində çalışan hüquqşünaslar məişət zorakılığı ilə bağlı bir neçə məhkəmə çəkişmələri başlayıb.

Bu günlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi yerli tərəfdaş qurumları - Regional Gender Təşəbbüsləri, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Gender və İnkişaf Şəbəkəsi və beynəlxaq tərəfdaş olan Qadın Məsələləri üzrə Araşdırma və Siyasət Fondu (Bolqarıstan) ilə birlikdə “Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası” layihəsinin təqdimatını keçirib. Təşkilatın ofisində keçirilən tədbirə media təmsilçiləri, tərəfdaş təşkilatın nümayəndələri, layihə iştirakçıları və digər şəxslər qatılıb. ardı
Yeni QHT şəbəkəsi təsis edildi
26/11/2010 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 26 noyabr, 2010-cu il tarixində Azərbaycan İnsan Hüquqları Evində (Cəfər Cabbarlı 30) Azərbaycanın rayonlarında gender və qadın haqları sahəsində fəaliyyət göstərən QHT-lərin iştirakı ilə Konfrans/dəyirmi masa keçirdi. Konfransın keçirilməsində məqsəd bu QHT lərin şəbəkəsini yaratmaq məqsədilə bu təşkilatları ehtiyaclarının bir daha müəyyənləşdirilməsi və yaradılacaq şəbəkənin Azərbaycanda gender bərabərliyinin bərqarar olması və qadın haqlarının qorunması istiqamətində görə biləcəyi işlərin müzakirə vasitəsilə aydınlaşdırılması idi. Tədbirdə 30 rayon təşkilatından 36 nümayəndə iştirak edirdi. ardı
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) həyata keçirdiyi layihələrlə bağlı təqdimat hazırlayib.
Tanış olmaq üçün zəhmət olmasa, yükləyin
Mobil telefona v? ya kompüter? qurasdirila bil?n rahat proqram tez bir zamanda pul qazana bil?c?yiniz idman t?dbirl?rinin genis spektrini t?qdim edir. Mostbet bukmeker kontoru proqramin t?kc? Android v? iOS sisteml?rind? deyil, h?m d? kompüter v? noutbuklarda qurasdirilmasi üçün sad? t?limatlar t?klif edir. Kim? mostbet yukle (IOS), sad?c? t?tbiqin r?smi saytina daxil olmaq lazimdir v? cihaz üçün riskl?r olmadan onu qurasdirmaq t?hlük?sizdir. Proqramin ç?kisi kiçikdir v? çox yaddas tutmayacaq. Ani qeydiyyatdan sonra siz m?rcl?r üzr? uduslarinizi asanliqla reallasdira bil?rsiniz.
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirib
02/07/2010 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 2 iyul, 2010-cu il tarixində saat 10:00-dan 13:00-a qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2009-cu il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının, yerli və beynəlxalq QHT-nin, beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak etmişdir. ardı
GBQT İB-in icraçı direktoru Ülviyyə Məmmədova Azadlıq Radiosunun "İşdən sonra" verilişinin qonağı olub
08/03/2010 «Kişilərin maarifləndirilməsinə ehtiyac var». Gender bərabərliyi və qadın təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova belə hesab edir. Martın 8-i «İşdən sonra»da Azərbaycanda qərar qəbul edilməsi prosesində qadınların iştirakı mövzusu müzakirə olunub. Ülviyyə Məmmədova deyir ki, ailədə məsuliyyət bölüşdürülməlidir:
- Biz Azərbaycanda qadınlar arasında sorğu keçirdik. Məlum oldu ki, onlar işləməyin tərəfdarıdırlar. Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Məsuliyyətlərin bölüşdürülməsi olmalıdır. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin. Yalnız qadınlarla effektiv iş görmək olmur. Mentalitetə qayıtsaq, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi doğru deyil. ardı
dinlə & yüklə
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsinini icra edib
22/02/2010
 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi PRAXİS Sosial İnkişafa Dəstək İctimai Birliyinin əməkdaşlığı və Equitas Beynəlxalq İnsan Hüquqları Təhsili Mərkəzinin dəstəyi ilə “Məcburi Köçkün Qadınlarla İşləyən Təlimçilər üçün Təlim” layihəsini həyata keçirir. Layihə çərçivəsində məcburi köçkün qadınlarla işləyən təlimçilərin bilik və bacarıqlarının artırılması, yeni təcrübələrin öyrədilməsi və fikir mübadiləsinin aparılmsı məqsədilə 4 günlük təlim nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan təlim 13,14 və 20,21 fevral 2010-cu il tarixlərdə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin ofisində keçirilmiş və təlimdə ölkənin müxtəlif yerlərindən məcburi köçkün qadınlarla işləyən 10 təcrübəli təlimçi iştirak etmişdir. ardı & fotolar
GBQT IB Neftçala, Lənkəran və Kürdəmir rayonlarında uğur qazanmış qadın iş adamı ilə yerli qadınların görüşünü təşkil edib
18/12/2009 18-19-26 dekabr 2009-cu il tarixlərində Neftçala, Lənkəran və Kürdəmir rayonlarında region qadınlarının maarifləndirilməsi məqsədilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin fəaliyyətinin davamı olaraq uğur qazanmış qadın iş adamı ilə görüş mövzusu üzrə nəzərdə tutulan ikinci görüşlər baş tutmuşdur. Ağamirzəyevə Fatimət xalçaçılıq üzrə tanınmış iş adamıdır. O, qadınlara fəaliyyətlərindən, qarşılaşdığı maneələrdən, həmin maneələrin aradan qaldırılması yollarından və qazandığı uğurlardan söhbət açmış, qadınları stimullaşdırmış və onların yüksək marağına səbəb olmuşdur. ardı & fotolar
GBQT IB regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə görüşlər təşkil edib
12/11/2009 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun təşkilata ayırdığı 15488 saylı institutsional dəstək layihəsi çərçivəsində regionlarda qadınların maarifləndirilməsi, onların bilik və bacarıqlarının atırılması məqsədilə 4 mövzu üzrə ekspertlərlə birgə görüşlər keçirməyi nəzərdə tutmuşdur. Bu mövzular aşağıdakılardan ibarətdir: 1. Məişət zorakılğı və onu yaradan əsas səbəblər; 2.Uğur qazanmış qadın iş adamı ilə görüş; 3.Gender bərabərliyi və qadın hüquqlarının əsasları, sərəncamlar, qanunlar və konvensiyalar; 4.Liderliyin formalaşmasında psixoloji amillər. ardı & fotolar Lənkəran, Kürdəmir, Neftçala
GBQT IB 2008-ci ildə icra etdiyi layihələrinin nəticələri ilə bağlı konfrans keçirib
30/07/2009 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) 30 iyun 2009-cu il tarixində saat 10:00 dan 13:00 qədər Hyatt Tower I (İzmir küçəsi 1033) “Əmirov” zalında 2008-ci il layihələrinin nəticələri ilə bağlı konfrans keçirmişdir. Konfransa dövlət strukturlarının yerli və beynəlxalq QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri dəvət olunmuşdur.
Konfransı giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova təşkilatın 2008-ci il üzrə fəaliyyətinin yekunlarını və təşkilatın əldə etdiyi ən mühüm nailiyyətləri haqqında, həmçinin Məişət Zorakılığı haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı və digər mühüm məsələlərlə bağlı təşkilatın gördüyü işlər barədə məlumat vermişdir. ardı & fotolar
GBQT IB “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsini müzakirəyə çıxarıb
08/05/2009 Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT İB) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəiyilə 8 may, 2009-cu il, saat 11:00 – 12:30 –da Caspian Plazanın Konfrans Zalında Dəyirmi Masa keçirmişdir. Dəyirmi Masanın mövzusu “Məişət Zorakılığı və “Məişət Zorakılığının Qarşısının Alınması Haqqında” qanun layihəsi ətrafında müzakirələr idi. ardı & fotolar
GBQT IB “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirib
19/12/2008
Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB Kaspian Plaza Mətbuat zalında “Avropa Kommissiyasının Azərbaycanla İnkişaf Üzrə Əməkdaşlığında Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələsinin əks olunması” mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masanın gündəliyinə GBQT İB haqda qısa təqdimat, İnkişaf üzrə Əməkdaşlıq və Gender Layihəsinin və İctimai Vəkillik Kağızının təqdimatı, Avropa Qonşuluq Siyasətində və Şərqi Əməkdaşlıq Layihəsində prioritetlər və gender məsələsi, Avropa Şurasının gender bərabərliyi barədə tövsiyələrinin vətəndaş cəmiyyəti tərəfindən tətbiqinin monitorinqi və. sair məsələlər daxil edilərək müzakirə olunub. ardı & fotolar
|